MƏDƏNİYYƏT - ŞOU

Ağakərimin oğlu Nazilə Səfərlini polisə verir?

Meyxanaçı Ağakərimin oğlu Kamil Kərimov şairə Nazilə Səfərlinin qalmaqallı paylaşımına sərt reaksiya verib.

32gun.az xəbər verir ki, bu haqda Bakı.vs-ə danışan Kamil Nazilənin yazdıqlarının əsassız olduğunu bildirib. O, şairəyə qarşı lazımi tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib:

"O xanım haqqında sadəcə onu deyirəm ki, əlini vicdanına qoysun, düzgün danışsın. Yalandan böhtan atmaqla heç nə etmək olmaz. Mən bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm.

Bu mövzu ilə bağlı “vuruşmaq” istəmirəm. Bunu hüquq-mühafizə orqanları özləri həll edəcəklər. Məndə hər şeyin sübutu var. Bütün xəstəxana sənədləri, mənim gəlirimin mənbəyi haqqında sənədlər var. O xanımın ittihamları əsassızdır.

O, mənə həm böhtan atıb, həm də təhqir edib. Buna görə də o, hüquq-mühafizə orqanları qarşısında cavab verəcək”.

Loading...

Oxşar Xəbərlər