SOSIAL

Rüfanə Əsədovanın rəis təyin edilməsi xəbərinə DGK-dən reaksiya - YENİLƏNİB

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsində “Məxfi sənədlərlə iş şöbəsi” adlı yeni struktur bölmə yaradıldığına, Rüfanə Əsədovanın həmin şöbəyə rəis təyin olunduğuna dair məlumatlar yayılıb, bu, həqiqətə uyğun deyil.

32gun.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.

"Həmin şöbə illər öncə yaradılıb və R.Əsədova da yarandığı gündən həmin şöbəyə rəhbərlik edir", - deyə o, qeyd edib.

*** 12:24

Dövlət Gömrük Komitəsinində idarə statusunda yeni şöbə yaradılıb. 

32gun.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmri imzalayıb.

Əmrə əsasən, Dövlət Gömrük Komitəsinin Məxfi sənədlərlə iş şöbəsi yaradılıb və Rüfanə Əsədova Salman qızı rəis təyin edilib.

Loading...

Oxşar Xəbərlər