SOSIAL

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. 

32gun.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, Qrızda qar yağıb.

Lənkəranda 57 mm, Astarada 25 mm, Altıağacda 20 mm, Lerikdə 18 mm, Yardımlıda 17 mm, Qəbələdə 15 mm, Göytəpə, Xaltanda 10 mm, İsmayıllıda 9 mm, Şabranda 7 mm, Qobustanda 6 mm, Şamaxıda 5 mm, Neftçala, Salyan, Quba, Oğuzda 4 mm, İmişli, Sabirabad, Biləsuvar, Qusarda 3 mm, Ağsu, Cəfərxan, Qrızda 2 mm, Ordubad, Ağdam, Şəki, Tərtər, Xaçmaz, Beyləqanda 1 mm, Bakıda 2 mm, Maştağada 1 mm-dək yağıntı düşüb. 

Şimal-qərb küləyi Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək. Oktyabrın 30-u gündüz, 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Loading...

Oxşar Xəbərlər