SOSIAL

Operativ Qərargah iki vacib məlumatı əhaliyə çatdırdı (FOTO)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az- ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 944 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib, aktiv xəstə sayı 314 nəfərdir.

Ölkədə son sutka ərzində 2 060, hazırkı dövrədək isə 7 317 582 test aparılıb.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 555 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 122, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 246, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 43 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 910 603, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 900, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 313, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 409, pozitiv nəticədən sonra buster doza olunanların sayı 262 981 təşkil edir.

Loading...

Oxşar Xəbərlər