SOSIAL

Məktəb direktoru Azərbaycan təhsilindən danışdı

Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı tam orta məktəbin direktoru Sədaqət Şükürova 32gun.az Azərbaycan təhsili və aparılan isthatlarla bağlı danışıb.

" "Təhsil millətin gələcəyidir.

Mən dünyada müəllimdən yüksək ad tanımıram" - bu fikirlər ümummilli lider Heydər Əliyevə məxsusdur.
Məhz onun hakimiyyətə qayıdışından sonra təhsilə də xüsusi diqqət yetirilməyə başladı.

Təhsil daima islahatlara, inkişafa açıq olan bir sahədir. Bu bütün dünya ölkələrində belədir.
Azərbaycan dövləti də öz növbəsində dünyada baş verən inkişafı və təhsil sistemində aparılan islahatları diqqətlə izləyir,  cəmiyyətimizə, milli və mental dəyərlərimizə uyğunlaşdırmaqla yeniliklərin tətbiqinə çalışır.
Eyni zamanda təhsil dövlətin inkişaf strategiyasında əsas prioritetlərdən biridir.
Cənab prezidenrin də dediyi kimi "Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir".
Dövlət başçısının diqqət və qayğısı ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir".
Məktəb direktoru həmçinin qeyd edib ki, təhsilimiz inkişafdadır, müassir dünya təhsili ilə ayaqlaşmaq üçün xüsusi islahatlar aparılır:
"Daim deyirik ki, təhsilimiz inkişafdadır və biz bu sahədə dünya təhsil sisteminə inteqrasiya edirik.
Həmçinin son illərdə təhsil qanunvericiliyinə edilən dəyişikliklərin əksəriyyəti  cəmiyyəti maraqlandıran məsələlər idi. 
Həmçinin, əlilliyi olan şəxslərin peşə məktəblərində təhsil haqqından azad olunması ilə bağlı “Peşə təhsili haqqında” Qanuna edilən dəyişiklik, ölkə Prezidentinin sərəncamı ilə I və II qrup əlillərin təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi bu kateqoriyaya daxil olan insanların təhsilinin stimullaşdırılmasına və onların sosiallaşmasına xidmət edən önəmli amillərdəndir. 
Məktəb olaraq əsas məqsədlərimizdən biri hər il ali məktəbə qəbul olan şagirdlərin sayını və və nəticələrini yüksəltməkdir. Bundan əlavə Təhsil Nazirliyinin verdiyi “Grand layihələr”in qalibi olmaq üçün də çalışırıq".
S.Şükürova möjtəbdədəki aztəminatlı ailələrin övladlarının da təhsilə cəlb olunmasına toxunub:
"Məktəbimizdə təhsil alan şagirdlərin əksər hissəsi aztəminatlı ailələrin övladlarıdır. Məktəb rəhbəri olaraq hər zaman çalışıram ki, onlara maddi və mənəvi cəhətdən dəstək olum".

Loading...

Oxşar Xəbərlər