SOSIAL

Operativ Qərargah iki vacib məlumatı əhaliyə çatdırdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

İndiyədək ümumilikdə 823 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 068 nəfər müalicə olunaraq sağalıb, 9 948 nəfər vəfat edib, aktiv xəstə sayı 302 nəfərdir.

Ölkədə son sutka ərzində 2 956, hazırkı dövrədək isə 7 323 276 test aparılıb.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada 657 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 153, ikinci doza vaksinlərin sayı 181 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 294, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 911 694 olub.

Loading...

Oxşar Xəbərlər