SOSIAL

SON DƏQİQƏ! Cəbrayıldan acı xəbər gəldi - Bir nəfər minaya düşdü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Cəbrayıl rayonunun Mehdili kəndində baş verən mina partlayışı barədə məlumat yayıb.

DİN Mətbuat Xidmətindən 32gun.az-a verilən məlumata görə, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxması səbəbindən piyada əleyhinə minaya düşüb.

Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb. 

Araşdırmalar davam etdirilir.

***13:20

Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə 32gun.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

Loading...

Oxşar Xəbərlər