SOSIAL

İcra başçısına güvənərək maaş istəyənlərə "xox" gəldi: "Arxamda Elşad Həsənov dayanır" (İDDİA)

Xəbər vermişdik ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) dövlətə külli miqdarda vergi borcu üzə çıxıb. Sədri sədri Ədalət Bağırov olan təşkilatın  vergi borcu  3.5 milyon manatdan çoxdur (3509001.47AZN)

Sözügedən təşkilatda çalışan və adının çəkilməyini istəməyən şəxsin 32gun.az-a bildirdiyinə görə,  Ə.Bağırov uzun müddətdir işçilərin maaşını vermir. Veriləcək deyib "yola verib". 

Pulsuzluqdan bezən işçilər isə Ə.Bağırovun qapısını döyərək yenidən maaşlarının bir qismini tələb edib, əks halda lazımı orqanlara şikayət edəcəklərini bildiriblər. Lakin MKTB-nin sədri onları otağından qovub və "Get kimə istəyirsən şikayət et, mənim arxamdan icra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı  Elşad Həsənov dayanır" deyə cavab verib. 

Çarəsiz qalan işçilər mətbuata üz tutduqlarını, yaxın zamanda isə aidiyyatı qurumlara müraciət edəcəklərini bildirib. 

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 

Nilay

Həçinin oxu: İcra başçısı Elşad Həsənova tabe olan təşkilatın dövlətə külli miqdarda borcu üzə çıxdı - 3.5 milyon manat

 

 

 

Loading...

Oxşar Xəbərlər