SOSIAL

Sabiq nazir Füzuli Ələkbərovun şirkəti Gömrükdə problem yaratdı

Azərbaycan Respublikasının keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun şirkəti "Improtex Motors" MMC məhkəməlik olub. 

32gun.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Gömrük Qaydaları Əleyhinə Olan İnzibati Xətalardır.

"Improtex Motors" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 458.2-ci maddəsi ilə protokol tərtib olunub.

Məhkəmə prosesi Nəsimi Rayon Məhkəməsində Elməddi Hüseynovun sədrliyi ilə baş tutacaq.

Əldə etdiyimi məlumatta görə, 04.04.1997-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 5325 AZN-dir. Sözügedən MMC-nin qanuni təmsilçisi elə sabiq nazirin özüdür. 

Füzuli Ələkbərovun “İmproteks Motors” şirkəti 1998-ci ilin mart ayında BMW AG Konserninin Azərbaycanda rəsmi idxalçısı kimi yaradılıb. Şirkət Azərbaycanda 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Ofisləri və filialları Çində, Birləşmiş Ərəb Əmirliklərində və Türkiyədə olan “İmprotex” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərir.

Nilay

 

Loading...

Oxşar Xəbərlər