SOSIAL

Coratda icra nümayəndəsi niyə bu zibilliyin yanından gözünü yumub, "burnunu tutub" gedir? - Zakir Fərəcova şikayət göndəriləcək (FOTOLAR)

Sumqayıt şəhər Corat qəsəbəsinin Liman və Nərimanov küçəsindəki zibil qutuları ilə bağlı problem hələ də həll olunmayıb. 

Bu barədə 32gun.az-a sakinlər bildirib. Onların sözlərinə görə, şikayətlərdən sonra zibil qutuları dəyişdirilsə də, ərazidən uzaqlaşdırılmayıb. “Yeni zibil qutuları qoyublar. Guya zibil qutularını yeniləyəndə problem həll olunacaq.

Amma nəticə yenə eynidir. Yerli rəhbərlik israr edir ki, ərazi təmiz saxlanılacaq. Bu, sadəcə mümkün deyil. O zaman gərək gecə-gündüz qutuların yanında keşişkçi dayansın”, - deyə sakinlər bildirib.
Onları ərazidən dünən çəkdikləri fotoları da redaksiyamıza təqdim ediblər. Fotolardan görünür ki, zibil qutuları dəyişdirilsə də, yenə də ərazidə antisanitariya hökm sürür:

“Fotolara baxın. Dünən çəkilib. Gördüyünüz kimi yenə də zibil aşıb-daşır.

Bundan başqa, küçə itləri zibillikdə eşələnərək zibili ətrafa yayır. Yerli rəhbərlik ümid edir ki, hava soyuyanda iy çəkiləcək. Amma əksinə. Çünki yağış yağdıqda çürkli su ətrafa yayılır və daha da kəskin iy gəlir” .
Sakinlər bildirib ki, qutular ərazidən uzaqlaşdırılmalıdır. “Qəbirstanlığın aşağı  hissəsində boş ərazi var. Maşının da ora girib-çıxmasına problem yoxdur. Qutular ora qoyularsa, ətrafı “setka” ilə çəpərlənərsə daha yaxşı olar. Həm evimizi üfunət iyi bürüməz, həm də küçə itləri zibilləri dağıtmaz. Amma bizə naməlum səbəblərdən bu xırda problemi həll etmək istəyən yoxdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Gəlib baxıblar. Elə ondan sonra da zibil qutuları dəyışdırılıb. Biz isə qutuların götürülməsini xahiş etmişdik. Digər tərəfdən, ərazidə “siqnal xidməti” fəaliyyət göstərirsə, zibil qutularına nə ehtiyac var axı.  
İndi də deyirlər ki, Təmizlik Departamenti zibil qutularını bağlar massivinə köçürsün. Bu iş departamentinin səlahiyyətində deyil.

Digər tərəfdən, bağlar massivi artıq ayrı inzibati bölgüdür. Yəni, bizim icra nümayəndəliyimizin səlahiyyət çəçivəsində deyil. İcra nümayəndəsi Elvaris Əliyev dəfələrlər sakinlərə vəd verib ki, qutular götürüləcək. Lakin nəticə yoxdur. Bizdə olan məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə də məsələ barədə yanlış məlumatlar verilir. Deyirlər ki, guya orada yer yoxdur. Biz təklif etdiyimiz yerə gəlincə, məzarlığın zibilliyə çevriləcəyini bəhanə edirlər. Hazırda zibil qutuları məzarlığın hasarının qarşısındadır, bir qədər aralıda isə məzarlığın girişi var. Bir çox hallarda gətirib zibili elə məzarlığa tökürlər. Bunu sübut edən foto və videofaktlar var. Məzar sahibləri də gəlib bizi ittiham edir ki, ölülərimizə hörmətsizlik edirsiniz. Qalmışıq belə çətin vəziyyətdə. Bizim dediyimiz yer qəbirstanlığın aşağı hissəsindədir. Həmin ərazi qəbirlərdən xeyli aralıdadır. Həmçinin biz zibil qutularının ətrafına çəpər çəkməyi təklif edirik. Bu halda oranın zibillənməsindən söhbət gedə bilməz. Hə, bunu kimsə qəsdən edəcəksə, o başqa məsələ. O halda da qanunamüvafiq qaydada tədbir görülər ”, - deyə sakinlər bildirib.

Onların sözlərinə görə, icra başçısı Zakir Fərəcovla görüş də nəticəsiz qalsa, o zaman daha yuxarı instansiyalara müraciət edəcəklər.

Nilay

Loading...

Oxşar Xəbərlər