SOSIAL

Operativ Qərargah iki vacib məlumatı əhaliyə çatdırdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə 32gun.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada 379 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 78, ikinci doza vaksinlərin sayı 69 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 207-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 25 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 912 976 olub.

Loading...

Oxşar Xəbərlər