SOSIAL

Sabiq prezidentdən federasiyaya qarşı İDDİA

Azərbaycan Bilyard Federasiyasının (ABF) İctimai Birlik məhkəməyə verilib.

32gun.az xəbər verir ki, ABF-nin sabiq prezidenti Tağıyev Emil Eldar oğlu Bakı Kommersiya Məhkəməsində bu quruma qarşı iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər (Borc müqaviləsi üzrə) mübahisələrlə bağlıdır.

Qeyd edək ki, bu ilin əvvəlində ABF-nin nizamnaməsinin itməsilə bağlı məlumat yayılmışdı. Belə hallar adətən rəhbər dəyişikliyi vaxtında baş verir. Son vaxtlaradək federasiyaya Emil Tağıyev rəhbərlik edib. // Bakıvaxtı.az

Loading...

Oxşar Xəbərlər