EKONOMİKS

"Sosial şəbəkələrdə reklam verən şəxs vergi uçotunda durmalıdır" - Rauf Qarayev

“2023-cü ilin dövlət büdcəsi cari ildəkinə nisbətən 1 milyard manata yaxın çox - 33,3 milyard manat olmaqla müstəqillik tariximizin ən böyük büdcəsi olacaq. Maraqlı rəqəmin yüksək yox, onun xərclənməsinin effektivliyidir. Effektivlik nə qədərdir? Yəni mənim cibim 1 milyon ola bilər və mən bu 1 milyonu sola-sağa xərcləyərək nəticədə nəsə əldə etməyəcəmsə, bu 1 milyonun effektivliyi olmayacaqsa, o halda 1 milyon 1 manat belə olsa heç nə dəyişməyəcək. Sual ondadır ki, biz iqtisadçılar onun effektivliyini hiss edə bilmirik? Niyə görə xərclər səmərəsiz olduğunu baxmayaraq, bəzi qurumlarda bu xərclər üçün vəsait açılır? Digər ondan ibarətdir ki, büdcənin bu qədər artması vergi sisteminə təsir edəcək. Bu baxımdan artıq Vergi Məcəlləsində büdcənin doldurulması üçün bir sıra təkliflər irəli sürülüb. Elektron ticarətdə dəyişiklikdən tutmuş ƏDV geriala kimi. Elektron Ticarət qaydalarında sosial şəbəkələrdə hər hansı reklam verən şəxs bir başa olaraq vergi uçotunda durmalıdır. Bu baxımdan sual yaranır vergi haradan biləcək ki, bu şəxs elan verib. Ola bilər ki, sosial şəbəkələrə giriş də müəyyən qədər məhdudlaşdırılsın. Amma bu digər VPN girişlərini artıracaq. Baxmayaraq ki, tik-tok şəbəkəsi ölkədə məhdudlaşdırılmışdır, amma yenə də şəbəkəyə müxtəlif proqramlar vasitəsi ilə daxil olmaq mümkün idi. Yəni informasiya sisteminin məhdudlaşdırılması digər yollara əl atmasına şərait yaradır”. 

Bu fikirlər 32gun.az açıqlamasında iqtisadçı Rauf Qarayev deyib. Onun sözlərinə görə, bu baxımdan sosial şəbəkələrdə reklamın verilməsi ilə bağlı atılan addım və buna məcburilik effektiv deyil. 

“Bununla qanunvericilikdə büdcənin artırılması ilə bağlı atılan bu addım effektiv olmayacaq. Amma vergi siyasəti baxımdan reklam sənin gəlirini artırmaq baxımındandırsa, demək sən gəlir əldə etdikdə büdcəyə vəsait ödəməlisən. Digər bir dəyişiklik hansı ki, büdcənin bu qədər yüksək olmasına gətirib çıxarır, azad olunmuş ərazilərdə iş açıldıqda DSMF ödənişlərinin büdcə tərəfindən ödənilməsidir. Bunun üçün də, əlavə ödənişlər büdcənin artırılması baxımdan vergi və gömrük orqanın üzərinə düşür. Düzdür bizim Avropaya verəcəyimiz qazın həcmidə milli gəlirlərimizi artırmaqla büdcə müsbət təsir edcək. Amma sahibkara təsir edəcək amillərdən biri vergi məcəlləsində olan dəyişklikdir.

Digər bir dəyişiklik VÖEN açdıqda banka vergi orqanı özü məlumat verir və sən hesab açmaq üçün heç bir iş görmürsən. Hətta həmin hesaba pul qoyuluşu edə bilərsən. Hesabına məhdudiyyət qoyulsa belə, amma xərc edə bilmirsən. ƏDV gerialda nağdsız ödənişlərin sayını artırmaq üçün kartla alış veriş etdikdə ƏDV əgər əvvəl 15 faizi geri qaytarılırdısa indi 17.5 faizi qaytarılacaq. Amma burada əvvəllər nağd qaydadada alış veriş etdikdə ƏDV-nin 10 faizi geri qaytarılırdısa indiki dəyişiklik olsa o halda 5 faiz geri qaytarılacaq. Bizi 2023 astanasında vergi baxımdan çox dəyişiklik gözləyir”.

Fateh

Loading...

Oxşar Xəbərlər