KRİMİNAL

"4 milyon dollar aldığım iddiası böhtandır. Nadiri güllələyən mən deyiləm" - Xan Bakinski

"Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar aldığım iddiası böhtandır. Nadir, yaxın dostumdur. Nadiri güllələyən mən deyiləm".

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri "Lotu Quli"nin qətlində şübhəli bilinən Xaqan Zeynalov (Xan Bakinski) məhkəmədəki çıxışında bildirib. 

Antalyada qətlə yetirilən “Lotu Quli” ləqəbli mafiya lideri Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xatırladaq ki, Nadir Səlifov yaxın adamlarından biri, Xaqan Zeynalov tərəfindən başından tapança ilə güllələnərək qətlə yetirilib.

Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov onu gözləyən Əmir Həmidlinin idarə etdiyi kirayə maşın ilə oteldən qaçıb. Hadisə yerinə gələn təcili yardım qruplarının ilk müdaxiləsindən sonra xəstəxanaya aparılan Səlifovu həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Şübhəli şəxslər Xaqan Zeynalov və Əmir Həmidli saxlanılıb.

Avtomobilə baxış zamanı şübhəlilərlə birlikdə tapança və bıçaq götürülüb. Saxlanılan şübhəlilərdən Xaqan Zeynalov xəsarət aldığı üçün xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Bir müddət öncə Xaqan Zeynalovun həbsxanada öldürüldüyü xəbərləri yayılmışdı. 

Nurlan Şiraliyev

Azeri mafya babası Salifov cinayeti sanığı: 'Öldürmem için 4 milyon dolar aldığım iddiası iftira'

Loading...

Oxşar Xəbərlər