HADİSƏ

Aeroportda silahlı şəxs ələ keçirildi

Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb. 

Bu barədə 32gun.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib. 

Hadisə sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Loading...

Oxşar Xəbərlər