HADİSƏ

Taksi sürücüsü maşınına mindirdiyi qadını zorlayıb, təpiklədi

Bakıda Bakı Ağır Cinayətlər Məhkəməsində yüngül həyat tərzi keçirən qadını döyən taksi sürücüsünə höküm oxunub. 

32gun.az xəbər verir ki,  1990-cı il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun, Qaraqurtlu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Yasin Əbdülrəhmanovdur. 

Gecə 02:00 radələrində Bakı şəhəri, “Nizami” metrostansiyasının yaxınlığında yerləşən avtobus dayanacaqlarının birində əvvəllər tanımadığı yüngül həyat tərzi keçirən qadına  yaxınlaşıb, cinsi əlaqədə olmağı təklif edib.

Sonuncuya 30 manat müqabilində cinsi əlaqədə olmaqla bağlı yalan vəd verib, öz yaşadığı evə aparmaqla bağlı aldadıb. Razılıq əldə etdikdən sonra Zərərçəkmiş şəxs ilə birlikdə idarə etdiyi özünə məxsus “Opel Astra” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük yaşayış massivi, nömrəsiz dalanların birindəki kimsəsiz sahəyə gəlib.

Həmin taksi sürücüsü zorlama niyyətini həyata keçirməkdən ötrü birlikdə bir qədər irəlilədikdən sonra ətrafda kənar şəxslərin olmadığına əmin olub. Yaranan şərait yaranan zaman Zərərçəkmiş şəxsin üzərinə hücum edib sifət nahiyəsinə yumruq və təpik zərbələri endirib.

Sonuncu yıxılaraq ayağa qalxmağa cəhd etdikdə isə öz çirkin əməllərindən əl çəkməyərək cinayətkar hərəkətlərini davam etdirib. sağ ayağı ilə sonuncunun sinə nahiyəsinə zərbələr endirərək təhqirənamiz ifadələr işlədib.

Zərərçəkmişin bildirdiyinə görə, yalvarışlarına baxmayaraq Yasin niyyətini başa çatdırmaq məqsədi ilə üzərinə gələrək sağ əli ilə saçlarından tutub. Qadın qeyd edib ki, daha sonra qəddarlıqla ona işgəncə və iztirablar verdiyini, xüsusi amansızlıqla sol əli ilə baş nahiyəsinə zərbələr endirərək şalvarını çıxartmasını əmr edib.

Qarnı üstə yerə uzadıb başından yenidən vuraraq Zərərçəkmiş şəxs qapalı kəlləbeyin travması, baş beynin silkələnməsi, çənə sümüyünün sol bucaq və sağ mental hissəsinin, burun sümüyünün yerini dəyişən, sol əng sümüyünün yerini dəyişməyən qapalı sınıqları, çənənin sol yarısının hematoması, sol gözyuvası ətrafın qançırı kimi ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirib. Xüsusi amansızlıqla zor tətbiq etməklə cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs zorlayıb. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki,  Samirə Əbdülrəhmanova ilə evlidir, üç övladı var. 

Əvvəllər müxtəlif restoranlarda günəmuzd kimi “fırınçı” (aşpaz) kimi fəaliyyət göstərib, hadisənin baş verdiyi tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “1 Dönər” kafesində əvvəllər tanıdığı Roman adlı şəxsi əvəz etmək üçün işləyib. Həmin gün təxminən saat 21 radələrində işdən çıxın, əvvəllər kirayədə qaldığı “Sovetski” adlanan əraziyə gedib, ora getməkdə məqsədi kirayədə qaldığı ev sahibi İlham adlı şəxsi ziyarət etmək olub. 

Orada bir müddət oturub söhbət etdikdən sonra, təxminən 23:00 radələrində həmin yerdən çıxıb özünə məxsus “Opel Astra” markalı avtomobillə öz yaşadığı ev istiqamətində hərəkətə edib.  Nizami metrosundan 20 yanvar metrosuna gedən istiqamətdə dayanacaqların birində avtomobili saxlayıb, yaxınlıqda olan dükanların birindən enerji içkisindən alıb içib.

Həmin vaxtı saat təxminən gecə 02:00 radələrində ərazidəki dayanacaqların birində əvvəllər tanımadığı xanımın əyləşdiyini görüb. Bundan sonra o, avtomobildən enib həmin dayanacağa yaxınlaşıb, dayanacaqda dayanan qadınla söhbət etməyə başlayıb. 

Bir qədər danışdıqdan sonra pul qarşılığında ondan görüşüb-görüşmədiyini soruşub, qadın da ona pul qarşılığında görüşə biləcəyini deyib. Bundan sonra o, xanımdan cinsi əlaqədə olmağı üçün hansı məbləğdə pul verməli olduğunu soruşub, qadın ona 40 manat qarşılığında cinsi əlaqədə ola biləcəyini deyib. O, isə xanıma 30 manat pul verə biləcəyini dedikdən sonra onunla razılaşıb, ilkin razılaşmaya əsasən qadın onunla Ramana qəsəbəsi, Gülçülük massivində əvvəllər tikdirdiyi, lakin ünvanı və yaşayışı olmayan fərdi yaşayış evinə gedəcəyini bildirib.

Cinsi əlaqədə olduqdan sonra gecə orada qalacağını, növbəti gün isə aparıb onu götürdüyü dayanacağa yola salacağını deyib.

Bundan sonra o, özünə məxsus olan avtomobildə sürücü oturacağının sağında olan oturacaqda əyləşib, onlar Ramana qəsəbəsi istiqamətində hərəkətə başlayıb. Zabrat qəsəbəsində “Rahat” marketin qarşısına çatanda adının sonradan Heyran olduğunu bildiyi qadın ondan 5 manat pul istəyib dükandan bir iki şey alacağını, həmin 5 manat pulu ona verəcəyi 30 manatdan çıxa biləcəyini deyib. 

O da Heyrana istədiyi 5 manat pulu verib, bundan sonra həmin qadın avtomobildən düşüb marketə daxil olub, bir müddət sonra isə əlində çipsi, çörək və digər qida məhsulu olduğunu görüb. Bundan sonra onlar yenidən Ramana qəsəbəsi istiqamətində hərəkətə davam edib, yolda olan zaman Heyran gecəni qala bilməyəcəyini, 1 dəfə cinsi əlaqədə olduqdan sonra evə getməli olduğunu bildirib, o da onunla razılaşıb. Ramana qəsəbəsi, Gülçülük massivindəki evlərinə bir neçə məhəllə qalmış avtomobil saxlayıb yolların pis olduğu üçün piyada getməli olacağını təklif etib, evlə avtomobil arasındakı məsafə təxmini 500-550 metr olub. Onlar düşüb piyada hərəkətə edib və piyada gedərkən Heyran ondan verəcəyi pulu istəyib, o da üzərində 50 manat olduğunu, xırda olmadığını bildirib, Heyran isə 50 manatı ona verməyini və özü xırdalayıb qalığını qaytaracağını söyləyib.

Bundan sonra o, 50 manat pulu Heyrana verib, bir müddət piyada hərəkət etdikdən sonra, o, Heyrana pulu xırdalayıb yerdə qalan 25 manatı geri qaytarmasını istəyib. Heyranda pulu cinsi əlaqədə olduqdan sonra verəcəyini söyləyib, bir neçə metr piyada getdikdən sonra Heyran evə çatmadıqlarını, çox uzun məsafə getdiyini şikayətlənib və Heyran onu söyməyə, ona qarşı nalayiq ifadələr işlətməyə başlayıb. 

Elə bu zaman Heyran qayıtmaq istəyib, onunla getmək istəmədiyini əlavə edib, o da ona pulu geri qaytarmasını, sonra hara istəyirsə gedə biləcəyini deyib. Heyran ona avtomobilə əyləşdiyi dayanacağa aparmağını, pulu orada qaytaracağını deyib, bundan sonra o əsəbləşib “qamışlıq” olan ərazidə onun üz və baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə vurub. Heyran zərbənin təsirindən yerə yıxılıb, bundan sonra o Heyranın yerə yıxılmasından istifadə edib və cinsi əlaqədə olub. Bundan sonra onlar yerdən qalxıb. Heyranın həmin ərazidən aparıb orada olan məhəllələrin birinə ötürüb, Heyran onunla getməyini istəməyib. Yasin (ad şərtidir) qeyd etdiyinə görə, Heyranı vurduqdan sonra əli-ayağı əsib və özünü itirib, sonra avtomobilini saxladığı yerə gəlib avtomobilə əyləşib və evinə gedib. 

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Heyran ifadəsində göstərib ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük massivi, nömrəsiz evdə valideynləri ilə birlikdə yaşayır. Müxtəlif vaxtlarda və yerlərdə ofisiant kimi, marketlərdə satıcı kimi işləyib, lakin hal-hazırda işsizdir. 2018-ci ildə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, istintaq zamanı bəraət alaraq cinayət məsuliyyətindən azad olub. Onda narkoloji asılılıq olub, əvvəllər narkotik qəbul etsə də, hal-hazırda qəbul etmir, kimdən və haradan əldə etməsini isə xatırlamır. Vərəm və psixoloji xəstəliklərdən əziyyət çəkdiyi üçün 2021-ci ilin oktyabr-noyabr aylarında, 2022-ci ilin mart-aprel aylarında Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə alıb. O, xx.xx.2022-ci il tarixdə evə buraxıldıqdan təxminən bir həftə sonra öz istəyi ilə evdə söz-söhbətlər olduğu üçün evdə yaşamaq istəməyərək evdən qaçıb. Evdən qaçdıqdan sonra Bakı şəhəri, Nəsimi rayon ərazisində Kubinka adlanan yerdə gündəlik kirayə otaq tutaraq yaşamağa başlayıb, maddi çətinlikləri olduğu üçün öz istəyi ilə pul müqabilində digər şəxslərlə cinsi əlaqəyə girib. 

Bundan ötrü hadisə baş verən gün 00:00 radələrində Nizami metrostansiyasının yaxınlığında Qubanov küçəsində avtobus dayanacaqların birində əyləşib, təxminən saat 01:00 radələrində adını sonradan bildiyi Təqsirləndirilən şəxs Yasin ona yaxınlaşaraq söhbət etməyə başlayıb. Hadisə də bundan sonra baş verib.  Qadın qeyd edib ki, Yasinə həmin yerdən onu aparmağını xahiş etdikdə isə, Yasin yenidən onun üzərinə gələrək itələyib şillə ilə üz nahiyəsinə vurub. Bundan sonra özünü itiib. Bu zaman o yenidən yıxılıb, Yasin ona onu görmədiyini, tanımadığını söyləyərək hadisə yerindən qaçıb. 

O, bir təhər özündə güc toplayıb ayağa qalxaraq əsas yola çıxmaq üçün yol axtarmağa başlayıb, təxminən 200-300 metr məsafə getdikdən sonra tanımadığı evlərin birinin qarşısında dayanaraq köməyə qışqırmağa başlayıb. Bu zaman həmin evlərdən birindən adını bilmədiyi və hal-hazırda xatırlamadığı 30-35 yaşlarında özünü Aysel kimi təqdim edən qadın çıxaraq onu səsləyib, onun halını görüb evə dəvət edib və ona ilkin tibbi yardım göstərib. O həmin qadına hadisəni qısaca danışdıqdan sonra həmin xanım onun üçün taksi çağırıb, taksi həmin ünvana gəldikdə Aysel adlı qadın onun vəziyyətinin ağır olduğunu görüb onunla birlikdə gəlib. Həmin taksi onu kirayə qaldığı ünvana gətirərək çıxıb gedib bundan sonra hadisə barədə anasına bildirib, Aysel adlı qadının yaşadığı ünvanı xatırlaya bilmir. Hadisədən sonra onu yaşadığı ünvana gətirən taksinin dövlət qeydiyyat nişanını xatırlamır, əlaqə vasitələri onda olmamış, sürücü təxminən 25-30 yaşlarında cavan oğlan olub. Hadisədən öncə o, Yasinə hepatit C, insan immunçatışmazlığı virusu (QİÇS), qonoreya, trixomonoz kimi zöhrəvi xəstəliklərdən əziyyət çəkdiyini bildirdiyini deyib.

Təqsirləndirilən şəxsin həyat yoldaşı Samirə Əbdülrəhmənova Əvvəllər DİN-nin Daxili Qoşunların Baş İdarəsində işləyib. Hazırda MMC-lərin birində texniki şöbənin müdiri vəzifəsində çalışır. 

Həmçini bildirilib ki, zərərçəkmiş qadının əsl adı Xuraman olsa da, qohumları onu Samirə çağırır.

Məhkəmədə hadisəni törədən şəxsə hökm oxunub. Hökmdə bildirilir:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın

Nilay

Loading...

Oxşar Xəbərlər