HADİSƏ

3 il əvvəl vəfat edən məşhur aktyorun avtomobilini OĞURLADILAR

3 il əvvəl dünyasını dəyişən əfsanəvi türk aktyoru Eşref Kolçakın avtomobili gecə saatlarında oğurlanıb.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Bursa şəhərinin Gəmlik bölgəsində baş verib.

Gecə saatlarında evin qarşısına gələrək avtomobili oğurlamaq istəyən şübhəlilər Kolçakın qonşuları tərəfindən görülüb. Qonşular hadisə ilə bağlı polisə xəbər verib. Hadisə yerinə gələn polis qrupları qaçmaq istəyən şübhəliləri saxlayıb.

Avtomobil evakuatorun köməyi ilə dayanacağa aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, aktyorun avtomobili ölümündən sonra evinin qarşısındakı avtoparkda saxlanılıb.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər