KRİMİNAL

Azərbaycanlı taksi sürücüsü sərnişinləri doğradı - Görün nəyin üstündə (TƏFƏRRÜAT)

Rusiya polisi Sankt-Peterburqda münaqişə zəminində iki nəfəri bıçaqlayan taksi sürücüsünü saxlayıb.

32gun.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayəti törədən şəxsin azərbaycanlı olduğu deyilir.

Hadisə dekabrın 10-da axşam saatlarında baş verib. Taksi sürücüsü hadisə yerindən qaçsa da dekabrın 12-də Voronejdə saxlanılaraq istintaqa cəlb edilib.

Hadisənin baş vermə səbəbi kimi, sərnişinlərin üzərində nağd pul olmaması göstərilib.

Belə ki, sərnişinlərdən biri bankomatdan pul çıxarmaq üçün maşından düşüb və geri qayıtdıqda taksi sürücüsü ikisinə də bıçaqla hücum edib. Sərnişinlərdən biri 17 bıçaq yarası ilə dünyasını dəyişib, digəri isə döş qəfəsindən ölümcül yara alıb.

Nurlan Şiraliyev 

Loading...

Oxşar Xəbərlər