MƏDƏNİYYƏT - ŞOU

Şəbnəm Tapıqdan ŞƏbnəm Tovuzluya "adını dəyiş" dedi

Əməkdar artist Şəbnəm Tapdıq Müğənni Şəbnəm Tovuzluya qəribə təklif verib. 

32gun.az xəbər verir ki, ifaçı bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, Ş.Tapdıq dəfələrlə bu barədə təkid edib:

"Mənə təklif edib ki, adını dəyiş və Şəbnur qoy. Cavab verdim ki, bu ad rəhmətlik anamdan xatirədir. Heç vaxt dəyişmərəm, ölənə kimi bu adla qalacağam. Sevinin ki, zamanında sizə fanatlıq edən bir qadın adınızı övladına qoyub. Buna sevinməlisiniz, nəinki hörmətsizlik etmək. Bunu hər zaman demişəm. Şəbnəm Tapdığın özünə də demişəm ki, adımı sizə görə qoyublar. Aramızda ad üstündə mübahisə də olub".

Nilay

Loading...

Oxşar Xəbərlər