HADİSƏ

Futbol matçında İNSİDENT - 19 nəfər həbs edildi

Göztəpə-Altay matçında baş verən insident nəticəsində saxlanılan 29 nəfərdən 19-u həbs edilib.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqəsi olan 5 nəfər isə şərti azadlığa buraxılıb.

Xatırladaq ki, insident noyabrın 27-də keçirilən matç zamanı baş verib. Belə ki, Altay tribunasından Göztəpə tribunasına yanıcı maddə atılıb. Bunun nəticəsində Mehmet Çakır adlı azarkeş ağır yaralanıb. Daha sonra meydançaya tullanan “Göztəpə” azarkeşi Nihat Aydın künc dirəyi ilə “Altay”ın qapıçısı Ozan Evrim Özençə hücum edib.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər