HADİSƏ

Gəncədə tələbələr arasında kütləvi dava - VİDEO

Noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı araşdırma başlayıb.

DİN-in mətbuat xidmətindən 32gun.az-a bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

***

Gəncədə tələbələr arasında kütləvi dava olub.

32gun.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə davaya çevrilib.

Qeyd edək ki, videonu Azərbaycan Universitetləri səhifəsi yayıb.

Loading...

Oxşar Xəbərlər