HADİSƏ

Türkiyədə ŞOK OLAY! Polisi görən azərbaycanlı qadın sevgilisi ilə birlikdə binadan tullandı

Iğdırda Azərbaycan əsilli G.İ. və türkiyəli sevgilisi R.E 3-cü mərtəbənin pəncərəsindən birmərtəbəli evin damına tullanıb.

32gun.az Türkiyə KİV-nə istinaədn xəbər verir ki, Uzun müddət əvvəl Azərbaycandan İğdıra gələn G.İ.-nin Türkiyədə qalma müddəti bitdiyi üçün polisdən qaçdığı bəlli olub.

Bildirilir ki, 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzildə məişət zorakılığı olması barədə məlumat daxil olduqdan sonra əraziyə polis əməkdaşları sövq edilib. Evdə yaşayan biri qadın olmaqla iki nəfər polisi görən kimi qonşu birmərtəbəli evin pəncərəsindən damına tullanıb.  Yaralananlar üçün polis hadisə yerinə təcili yardım çağırıb. 

Azərbaycanlı G.İ. və türkiyəli sevgilisi R.E., sağlamlıq qruplarının müdaxiləsindən sonra xəstəxanaya çatdırılırb. Cütlüyün bədəninin müxtəlif nahiyələrində xəsarət və sınıq aşkarlanıb. 

Nilay

 

Loading...

Oxşar Xəbərlər