HADİSƏ

Tədris və Araşdırma Xəstəxanasında DƏHŞƏTLİ YANĞIN - Xəstələr TƏCİLİ təxliyə edilib (VİDEO/FOTO)

Kastamonu Tədris və Araşdırma Xəstəxanasında yanğın baş verib.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, iddialara görə yanğının baş vermə səbəbi kimi xəstələrdən birinin çəkdiyi siqareti yerə atması olub.

Yanğın nəticəsində xəstəxanada güclü tüstü yaranıb. Alov qısa zaman ərzində otağı və çarpayıları bürüyüb. Yanğın baş verən şöbədəki xəstələr təxliyə edilib. 8 nəfərin tüstüdən zəhərləndiyi bildirilib. Xəstələr təxliyə edildikdən sonra yanğın olan bölmə qapadılıb.

Xəstəxana əməkdaşları tərəfindən yanğınsöndürənlərə məlumat verilib. Yanğın yanğınsöndürənlər tərəfindən digər hissələrə keçmədən nəzarət altına alınıb.

Baş verən yanğın nəticəsində külli miqdarda ziyan dəyib. Otaqdakı çarpayılar və cihazlar yararsız hala düşüb.

Xəstəxanada araşdırmalar başladılıb.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər