HADİSƏ

Təyyarə qəzasının görüntüləri ortaya çıxdı: görün necə baş verib (ANBAAN VİDEO)

Ötən həftə Bursada 2 nəfərin həyatını itirdiyi təyyarə qəzasının görüntüləri ortaya çıxıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə elektrik stansiyasının təhlükəsizlik kameralarına əks olunub.

Görüntülərdən sonra qəzanın baş vermə səbəbi bəlli olub. Belə ki, qəzaya uğrayan təyyarənin qanadının Ovakça Təbii Qaz Kombinə Elektrik Stansiyasında yüksək gərginlikli dirəyə və naqillərə dəyərək partladığı məlum olub. Qeyd edək ki, təyyarənin çırpıldığı gərginlik xəttindən 380 min voltluq elektrik enerjisi dövr edir.

Hazırda qəzada həyatını itirən 54 yaşlı pilot, iş adamı Hakan Köksal və 22 yaşlı gözəllik mütəxəssisi Burcu Sağlamın hansı səbəbdən öldüyü araşdırılır. Aparılan əməliyyatlardan sonra onların elektrik cərəyanı vurması yaxud da təyyarənin qəza enişi zamanı öldükləri müəyyənləşdiriləcək.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər