KRİMİNAL

Taleh Heydərovun küçədə bıçaqladığı şəxs görün kim imiş (FOTO)

Bakıda qayınatasını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Taleh Heydərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

32gun.az xəbər verir ki, paytaxtın Suraxanı rayonunda qeydə alınıb. 1987-ci il təvəllüdlü Taleh Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınatası 1978-ci il təvəllüdlü Qabil Qənbərovu 6 bıçaq zərbəsi ilə qətlə yetirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Taleh Heydərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dindirilmiş Taleh Heydərov ifadəsində bildirib ki, 2010-cu ildə ailə quraraq Naxçıvanda yerləşən hərbi hissədə feldşer işləyib. Birinci nikahından iki övladı dünyaya gəlib. 

2015-ci il iyulun 15-də söyüş söydüyü üçün iş yoldaşını bıçaqlayıb. Məhkəmənin hökmü ilə sağlamlığa yüngül zərər vurma maddəsi ilə təqsirli bilinərək 940 manat cərimə cəzasına məhkum olunub. Buna görə onu hərbi xidmətdən tərxis ediblər. Bundan 1 ay sonra ailəsi ilə birlikdə Gəncə şəhərinə köçərək özəl klinikada işləyib. Təxminən bir il sonra isə Bakı şəhərinə köçüb və bir neçə özəl klinikada çalışıb. 

2019-cu ildə atası dünyasını dəyişəndən sonra həyat yoldaşından boşanıb. Narkotik vasitə aludəçisi olduğu üçün bir neçə dəfə müalicə olunub.

2022-ci ilin fevral ayında anasının əmisi nəvəsi Aytac Səfərova ilə ailə quraraq Ramana qəsəbəsində Şuşa şəhərciyində yaşayıb. 

Taleh Heydərov ifadəsinin davamında bildirib ki, mayın 15-də qayınanasıgildə təşkil olunan qonaqlıqda iştirak edib. Aytac masada olan mobil telefonun dayısı Valehə məxsus olduğunu söylədikdə, o, telefonu babasına aparıb verməsi üçün həmin şəxsin nəvəsinə verib. Həmin vaxt arvadı da bunu görüb. Məclisin axrına yaxın Valeh telefonunu tapa bilmədiyini deyib. Nömrəyə zəng etsələr də, telefon sönülü olub. 

Mayın 17-si işdən evə qayıdanda Aytacı qayınanasını evindən götürüb və taksi ilə öz evlərinə gediblər. Yolda yoldaşının üz cizgilərindən nəsə problem olduğunu hiss edib. Yoldaşından nə baş verdiyini soruşanda Aytac ona evdə söyləyəcəyini deyib. 

Arvadı 2 gün əvvəl qonaqlıqda dayısının telefonundan nömrəni çıxaran zaman onun evin qarşısında dayanan avtomobilin içərisindəki kameraya düşdüyünü deyib. Aytaca telefonu götürmədiyini bildirərək həmin görüntünü göstərməsini tələb edib. Bundan sonra arvadının telefonundan qayınanasına zəng edib. Qayınanası belə bir görüntünün olmadığını söyləsə də, bu zəmində onunla mübahisə edib. Bir müddət əvvəl qızıl üzüyü satmaq məsələsini xatırlatdıqda, o, qadına ailə məsələlərinə qarşımamasını deyib. Bundan sonra mübahisə kəskinləşib və bir-birlərini təhqir ediblər. Kənardan qayınatası Qabilin də onu və rəhmətə gedən atasını söyməsini eşidib. 

Taleh Heydərov bildirib ki, bu zaman bıçağı götürüb belinə keçirib və evdən çıxaraq taksi ilə bacanağının yanına yollanıb. Mübahisə haqqında bacanağına və onun anasına danışıb. Qohum olduqları üçün belə söhbətlərin düzgün olmadığını qayınatası və qayınanasına başa salmaq üçün ona kömək etməsini xahiş edib. Birlikdə evdən çıxıblar. Yolda olan zaman Qabil bacanağına zəng edərək onları Bülbülə qəsəbəsində yerləşən marketin yanına çağırıb. 
Görüşəndə qayınatasının çox əsəbi olduğunu görüb və yolun əks tərəfinə keçib yük avtomobilinin qarşısında söhbət ediblər. Bacanağı onları sakitləşdirməyə çalışıb. O, qayınatasına ailə məsələrinə qarışdığını və atasının ünvanına söyüş söydüyü üçün iradını bildirəndə sonuncu onunda qayınanasını təhqir etdiyini bildirib. Qabil onu qolundan tutub boş sahəyə çəkəndə, bıçağı belindən çıxarıb qollarına xəsarətlər yetirib. 

"Mən, qayınatam və bacanağım görüşdük. Dedim, mənim ailə məsələrimə niyə qarışırsan, niyə rəhmətə gedən atamı söyürsən? O da dedi ki, sən də mənim ailəmi söymüsən. Başladıq mübahisə eləməyə. Mənim qolumdan tutub kənara çəkəndə, bildim ki, məni vurmaq istəyir. Belimdən bıçağı çıxarıb 3 dənə sağ qoluna, 1 dənə də sol qoluna xəsarət yetirdim". 

Taleh Heydərov daha sonra bildirib ki, qollarına xəsarət yetirdikdən sonra qayınatası ondan uzaqlaşmaq isyətib. Bu zaman əlindəki bıçaqla onun belinə və sinəsinə zərbələr vurub. Zərbələrin təsirindən Qabil yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Taleh 30-40 metr qaçdıqdan sonra geri qayıdıb və insanların Qabilin ətrafına toplaşdığını görüb. 

Hadisədən sonra Taleh həmin günü küçədə gecələyib. Səhər evə qayıdaraq qonşusunun telefonundan qardaşına zəng edib polisə təslim olcağını bildirib və 31-ci polis bölməsinə gedərək cinayət törətdiyini etiraf edib. 

Məhkəmə prosesində Taleh Heydərov ittiham üzrə özünü qismən təqsirli bilib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Taleh Heydərov 17 il müddətinə azadlıqdan məhrum olunub.

Loading...

Oxşar Xəbərlər