DÜNYA 20 XƏBƏR

Cinsiyyətini dəyişib qadın olan məşhur və əri həbs oluna bilər - "Övladlığa uşaq götürdük" iddiasına görə

Sosial şəbəkədə paylaşım edən Selin Ciğerci və Gökhan Çıra övladlığa uşaq götürdüklərini açıqlaması Türkiyənin gündəmidən düşmür.

Reaksiyalara səbəb olan yazılardan sonra Ailə və Sosial Xidmətlər Nazirliyi hərəkətə keçib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Nazirlik sözügedən xəbər və yazıları təkzib edərək, Baş Prokurorluğa cinayət işi qaldırıldığını açıqlayıb.

Qeyd edək ki, bir neçə gün öncə körpə ilə fotosunu "İnstaqram" hesabında paylaşan keçmiş futbolçu Gökhan Çıra “Balaca dünyama xoş gəldin, şahzadəm. Əllərim və ayaqlarım titrəyir. Səni çox sevən bir atan var. Mən sənə çox aşiq oldum qız. Canım sənin həyatına fəda olsun. İnşallah yaxşı övlad olarsan. Sağlam, dinc və xoşbəxt böyüyək, əziz qızım, xoş gəldin. Dünyamı işıqlandırdığın üçün sənə də təşəkkür edirəm, qızım” deyə ata olduğunu açıqlayıb. 

Mövzu ilə bağlı açıqlama verən Selin Ciğerci isə "Bir dəfə danışacağam, bir daha danışmayacağam. Bundan istifadə etmək istəyənlər çoxdur.
Həmişə deyirdim ki, ana olmaq istəyirəm və olacam. Məni təbrik edə bilərsiniz. Mən heç vaxt ağlamıram, mən güclü qadınam.
Keçmiş həyat yoldaşımla ailə quranda bir yola çıxdıq. Övladlığa uşaq götürmək üçün müraciətlərimiz qəbul edildi. Uzun müddətdir otağı var. Mən ana olmaq istəyirəm və onunla yoluma davam etmək istəyirəm” deyə qeyd etmişdi.

Bildirək ki, Selin Ciğerci cinsiyyətini dəyişərək qadın olduqdan sonra Gökhan Çıra ilə evlənmişdi. O hazırda sosial şəbəkələrdə ən çox izlənən fenomenlərdən biridir.

Nilufər

 

Loading...

Oxşar Xəbərlər