DÜNYA 20 XƏBƏR

Yataq xəstəsi bacısını təmizlik vasitəsi içirdib öldürdü - Özü də intihara cəhd etdi

Muğlada dəhşətli cinayət hadisəsi baş verib. 

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki,  Uğur Öner adlı şəxs Təcili Zəng Mərkəzinə zəng edərək bildirib ki, Alzheimer xəstəsi olan və təxminən 10 il onunla eyni evdə yaşayan yataq xəstəsi olan bacısı Canan Öner dünyasını dəyişib. 

Səhiyyə əməkdaşlarının müayinəsindən sonra Canan Önerin öldüyü müəyyən edilib. Canan Önerin cəsədi yarılma üçün morqa aparılıb.

U.Öner polisə ifadəsində xəstə bacısına "Tuz ruhu" adlı təmizlik vasitəsi içirdib və öldürdüyün etiraf edib.  O həmçinin özünün də intihar etmək üçün "tuz ruhu" və odekolon içdiyini deyib.

 Xəstəxanaya aparılan Uğur Öner müalicəsindən sonra saxlanılıb. Önerin polis bölməsindəki əməliyyatlarının davam etdiyi bildirilib.

Nilufər 

Alzheimer hastası, yatalak ablasını tuz ruhu içirerek öldürüp, intihara kalkıştı

 

Loading...

Oxşar Xəbərlər