DÜNYA 20 XƏBƏR

Prezident Ərdoğan sevimli serialını açıqladı - VİDEO

Türkiyə prezident Ərdoğan Biləcikin Vəzirhan qəsəbəsində təşkil edilən "Kökümüz Mazide, Gözümüz Atide” verilişində gənclərlə görüşüb.

32gun.az bildirir ki, gənclərin suallarını cavablandıran prezident Rəcəb Tayyib Ərdoğan sevimli serialını açıqlayıb.

Aparıcı Pelin Çift “Daha əvvəl Diriliş Ertuğrula baxırdınız” deyib.

Ərdoğan isə  "Ərtoğruldan sonra hələ də davam edir. Hazırda gündəmdə "Barbaros"dur.
Barbaros da diqqət mərkəzinə çevrilib. 
Bildiyiniz kimi "Gönül dağı" serialı da var. Yəni istər TRT olsun, ondan sonra bu işlər digər kanallarda da böyük maraq yaratmağa başladı. Körfəzdə, xüsusilə Latın Amerikasında bu tarixi seriallar böyük maraq doğurur.

Məncə oyandırmağa davam edəcək. Yəni bizdəki serialla bağlı razılığa gəlmək istəyən xarici ölkələr var”.

Nilufər 

Loading...

Oxşar Xəbərlər