DÜNYA 20 XƏBƏR

Top oynayan uşaqlar sahibsiz villadan ədyala bükülmüş meyit tapdılar (VİDEO)

Antalyanın Kəmər bölgəsində uşaqlar tərk edilmiş binada kişi meyiti ilə qarşılaşıblar.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, ədyala bükülmüş halda tapılan çürümüş cəsədin 55 yaşlı Mustafa Seçənə aid olduğu müəyyən edilib.

Hadisə ilə bağlı məlumatda bildirirlir ki, 12 yaşlı 5 dost, nəqliyyat vasitələrinin hərəkətinə bağlı olan 123-cü küçədə top oynamaq üçün bir araya gəlib. Uşaqların topu uzun müddət sahibsiz villanın yuxarı mərtəbəsinə qaçıb. Binanın vəziyyətindən qorxan uşaqlardan 3-ü küçədə gözləyərkən, 2-si binaya girərək toplarını axtarmağa başlayıb.

Yuxarı mərtəbədə kəskin qoxu hiss edən uşaqlar divarın dibində ədyala bükülmüş çürümüş meyiti görüblər. Uşaqlar hadisə ilə bağlı təcili yardıma və poliə məluamt veriblər.

Müayinədə həmin şəxsin 55 yaşlı Mustafa Seçen olduğu müəyyənləşib.

Növbətçi Respublika Prokurorunun cinayət yerində araşdırmasından sonra Seçenin cəsədi ekspertiza üçün morqa göndərilib. Seçenin Kemerdə kağız toplayıb çörək qazanmağa çalışdığı və evsiz olduğu öyrənilib.

Nilufər 

Çocuklar, metruk binaya kaçan top için girdiği evde cesetle karşılaştı

Loading...

Oxşar Xəbərlər