İDMAN 20 XƏBƏR

Qapıçısı həlak olan Türkiyəli klub bu addımı ATDI

Xəbər verdiyimiz kimi, Türkiyənin "Hatayspor" futbol klubu super liqadan geri çəkilib.

32gun.az xəbər verir ki, "Hatayspor"un ardınca "Yeni Malatyaspor" klubu da 1-ci liqadan geri çəkildiyini açıqlayıb.

Klubun prezidenti Əhməd Yaman açıqlamasında, "Liqadan çəkildiyimizi federasiyaya yazılı şəkildə bildirmişik. Hazırda liqadan çəkilmişik. Futbol oynamaq şansımız yoxdur, bir futbolçumuz dünyasını dəyişib" - ifadələrini bildirib. 

"5 gün idi kluba getmirdim. Klubumuz acınacaqlı vəziyyətdədir. İnfrastruktur bərbaddır. Nə orada qala, nə də davam edə bilərik" - deyə, klub prezidenti sözlərinə davam edib.

Qeyd edək ki, "Yeni Malatyaspor”un qapıçısı Əhməd Eyüp Türkaslan dağıntılat altında qalara dünyasını dəyişib.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər