İDMAN 20 XƏBƏR

Dağıntılar altından çıxarılan gənc arzusu belə reallaşdı - VİDEO

Adıyamanda zəlzələnin 87-ci saatında dağıntılar altından çıxarılan Kadir adlı gənc, "Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardinin qolunu aparıldığı xəstəxanada qeyd edib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, "Qalatasaray"ın ulduzu bu görüntüyə biganə qalmayıb.

Kadirin fotosunu sosial media hesabında paylaşan İkardi  "Balaca Kadir, inşallah, tezliklə görüşərik. Beləliklə də sənə formamı hədiyyə edib, qucaqlaya bilərəm"-deyə qeyd edib.

"Sarı-qırmızılı" klub sosial mediada İkardinin imzası olan formanın videosunu paylaşib və bunları qeyd edib:

"87 saatlıq həyat mübarizəsindən sonra dağıntılar altından xilas edilən Kadirin ilk istəyi Mauro İkardinin imzalı forması oldu. Bu imza sənin üçün, Kadir”

Ayxan 

Icardi sözünü tuttu! Mucize şekilde enkazdan çıkan Kadir'in isteğini gerçekleştirdi

Loading...

Oxşar Xəbərlər