DÜNYA 20 XƏBƏR

İmam təcili yardım maşınının ratsiyası ilə azan oxuyur (VİDEO)

Zəlzələdən ən çox zərər çəkən Adıyaman və Hatay bölgəsi olub. Hatayın Adıyaman və Kırıkhan rayonunda məscidlər və elektrik xətləri zərər görüb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, şəhərdəki Sümerevler Atletik Pisti üzərində qurulan çadır şəhərciyində təcili yardımın meqafonundan azan və moizələr oxunur. Vətəndaşlar namazlarını Tunceli Jandarma Komando Xüsusi Hərəkat Taburu Komandanlığının qurduğu çadır məscidində qılır.

Çadır şəhərciyində azan oxuyan Adıyaman  Mehmet Kırçalı Məscidinin imamı Ali Çelik Anadolu Agentliyinə (AA) zəlzələ nəticəsində məscidlərə ciddi ziyan dəydiyini bildirib.

"Burada təcili yardım maşınından azan oxuyuruq. Kişi və qadın məscidlərində namaz qılınır. Cümə namazını da burada qılacağıq. Biz Türkiyə Diyanət Vəqfimiz vasitəsi ilə bura təyin olunmuşuq. Bizə verilən xidməti bacardığımız qədər edəcəyik. İnşallah Biz bu çətin günlərdən keçəcəyik".

Ayxan 

 

Loading...

Oxşar Xəbərlər