DÜNYA 20 XƏBƏR

Zəlzələ qurbanlarından biri də məşhur aparıcının bibisi imiş (FOTO)

Qəhrəmanmaraşdakı zəlzələ qurbanlarından biri də məşhur aparıcı Serap Paközün bibisi imiş. 

32gun.az bildirir ki,  bu barədə aparıcı özü sosial şəbəkədə məlumat verib. 

Paköz sosial şəbəkədəki hesabında verdiyi açıqlamada bibisinin zəlzələdən sonra aclıq, susuzluq və soyuqdan öldüyünü bildirib:

“Canım bibim Kahramanmaraşda baş verən zəlzələnin ilk 3 günündə aclığa, susuzluğa və soyuğa dözə bilməyib dünyasını dəyişdi”.

Sosial şəbəkə istifadəçilərindən birinin  "Niyə kömək etməyə getmədiniz, doydurmadınız?" sualına  Paköz çox əsəbiləşib və belə cavab verib:

"Orada idiniz? Ordasınız? Siz haradan bilirsiniz ki, mənim qohumlarım və digər zəlzələ qurbanları üçün nələr etmişəm və etməyə davam edirəm? Bunu ictimaiyyətə açıqlamalıyam?" deyə bildirib. 

Ayxan

Loading...

Oxşar Xəbərlər