DÜNYA 20 XƏBƏR

Evini baha qiymətə kirayə verən şəxs görün nələrlə qarşılaşdı

Tokat şəhərində zəlzələdən zərərçəkən vətəndaşa baha qiymətə ev kirayə verən şəxslə bağlı qanuni tədbir görülüb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazır ki, vəziyyəti fürsətə çevirən ev sahibi mənzilin kirayə pulunu 4 min 750 lirəyə (430 AZN) qaldırıb.

Bununla bağlı hərəkətə keçən bələdiyyə və polis qrupları araşdırmalara başlayıb. Aparılan araşdırmalar nəticəsində sözügedən binanın altında yerləşən marketin bir hissəsinin qanunsuz olduğu müəyyən edilib. Ardınca market möhürlənib. Həmçinin, bina sahibi barədə 32 və 42-ci maddələrlə cinayət işi açılıb.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər