DÜNYA 20 XƏBƏR

ABŞ-dan UNO-larla bağlı diqqət çəkən açıqlama

Xəbər verdiyimiz kimi, ABŞ ordusu tərəfindən uçan naməlum obyektin (UNO) vurulduğu iddiası dünya gündəmini zəbt edib.

32gun.az xəbər verir ki, hadisə ilə bağlı Ağ Ev yeni açıqlama yayıb.

Ağ Ev açıqlamasında, ABŞ orudusunun vurduğu UNO-ların yadplanetlilərlə əlaqəsi olmadığını bildirib. Eyni zamanda, ABŞ bunların arxasında Çinin olduğunu düşünmür. Çünki son iki gündə vurulan naməlum obyektlərin Çin tərəfindən buraxılan şardan fərqli olduğu qeyd edilib.

Hazırda bu vasitələrin haradan gəldiyi və kimə məxsus olduğu məlum deyil.

Qeyd edək ki, daha əvvəl Pentaqon uçan naməlum obyektin vurulduğunu təsdiqləmişdi. Həmçinin, İlon Mask UNO-ların vurulması ilə bağlı xəbərə, “Narahat olmayın, mənim bir neçə yadplanetli dostum gəldi” şərhini vermişdi.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər