DÜNYA 20 XƏBƏR

Daxili işlər naziri zəlzələ baş verən ərazilərdəki SON VƏZİYYƏTİ açıqladı

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan zəlzələ ilə bağlı yeni açıqlamalar verib.

32gun.az xəbər verir ki, türkiyəli nazir bu barədə canlı yayım zamanı çıxış edərkən bildirib.

Hatayın Antakya rayonunda hər 2 binadan birinin dağılmış vəziyyətdə olduğunu bildirən nazir, "Zərərin hesablanmasına davam edəcəyik" deyərək, sözlərinə davam edib.

Süleyman Soylu dağıntılar olan vilayətlərdə xəstəliklərin yayılması ilə bağlı sualıda cavablayıb:

"Hazırda hər hansı xəstəlik və ya infeksiyanın yayılması müzakirə mövzusu deyil. Mən xüsusilə Kahramanmaraşdan danışıram. Bu kimi hallar mövcud deyil".

Eyni zamanda nazir, soyğunçuluq, qarət kimi halların olmadığını, bunların cəmiyyət arasında narahatlıq yaratmaq üçün işlədilən şaiyələr olduğunu qeyd edib.

Nazir çıxışının sonunda vətəndaşlara müraciət edərək, zəlzələlərin baş verdiyi 10 gün ərzində göstərdikləri humanist yanaşmanın qarşıdakı 1 ildə də davam etdirilməsini xahiş edib.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər