DÜNYA 20 XƏBƏR

Tamamilə dağılan otellə bağlı yeni TƏFƏRRÜATLAR

Kahramanmaraş vilayətində baş verən zəlzələ zamanı dağıntılara məruz qalan tikililərdən biri də "Kazancı" otelidir.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dağılan otellə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Belə ki, binanın sütunları başqa bir şirkətin reklam lövhələrini saxlamaq üçün dağıdılıb.

Bildirək ki, sütunların dağıdılması binanın çökməsi üçün göstərilən əsas səbəblərdən biridir. Çünki həmin ərazidəki digər binalar zədələnsə də, çökməyə məruz qalmayıb.

Qeyd edək ki, otel binasının çökməsi nəticəsində çox sayda insan həyatını itirib.

Sözügedən otelin fotolarını təqdim edirik:

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər