İDMAN 20 XƏBƏR

Zabit Səmədov zəlzələdə həlak olan tələbələrlə bağlı paylaşım etdi

K-1 ulduzu, tanınmış idmançı Zabit Səmədov Türkiyədə baş verən güclü zəlzələdə həlak olan 4 azərbaycanlı tələbə ilə bağlı paylaşım edib.

32gun.az bildirir ki, idmançı tələbələrin fotosunu paylaşaraq məkanlnız cənnət olsun qeydini edib.

Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalmışdılar.

Dünən  dağıntılar altında qalan azərbaycanlı tələbələrin meyitləri tapılıb.

Ayxan

Loading...

Oxşar Xəbərlər