DÜNYA 20 XƏBƏR

Dağıntılar altında qalan futbolçu ilə bağlı yeni məlumat

Xəbər verdiyimiz kimi, "Hatayspor"un qanalı futbolçusu Kristian Atsu zəlzələ nəticəsində dağıntılar altında qalıb.

32gun.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, futbolçu Kristian Atsu və idman direktoru Taner Savutun yaşadığı mənzil aşkar edilib. Ancaq idmançılardan hələlik heç bir xəbər yoxdur.

Xilasedicilərin ehtimalına görə, Atsu və Savut zəlzələ zamanı binadan çıxmaq istəyib və bu anda dağıntıların baş verdiyi başqa bir ərazidə qalıblar.

Nurlan

Loading...

Oxşar Xəbərlər