DÜNYA 20 XƏBƏR

Aktrisa göz yaşlarına hakim ola bilmədi

Dünən axşam birgə yayımlanan “Türkiyə Bir Ürək” kampaniyasına toplanan ianələrlə yanaşı, məşhurlar da gündəm olub.

32gun.az bildirir ki, yardım toplamaq üçün səfərbər olan məşhurlardan biri də aktrisa Bestemsu Özdemir olub. O Hataydan gəldiyini deyərək göz yaşlarına hakim ola bilməyib.

Eda Ece, Deniz Baysal və Burcu Özberkin makiyajsız yardım gecəsinə qatılması alqışlarla qarşılanıb.

Qeyd edək ki, Türkiyə, Şimali Kipr Türk Respublikası və Azərbaycandan 213 milli və beynəlxalq televiziya kanalı, 562 radionun iştirakı ilə keçirilən və ümumi məbləği 115 milyard 124 milyon 528 min TL olan “Türkiyə Bir Ürək” kampaniyasına yüz minlərlə insan ianə verib.

Efirə incəsənət, biznes və idman dünyasının tanınmış simaları, xalq zəlzələdən zərərçəkənlərə dəstək olub.

Ayxan

Loading...

Oxşar Xəbərlər