SOSIAL 20 XƏBƏR

Rəcəb Babaşovun tələbi icra hakimiyyətini və əməkdaşlarını BİABIR ETDİ (FOTO)

Qazax rayonunun icra başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birgə rayonunun Orta Salahlı kəndində yaşayan Axısqa türkləri ilə görüşüb və Türkiyədə baş vermiş faciə ilə bağlı başsağlığı verib.

Hətta bu barədə Qazax Rayon İcra Hakimiyyətinin saytında "İcra başçısı Qazax rayonunun Orta Salahlı kəndində yaşayan Axısqa türkləri ilə görüşüb və Türkiyədə baş vermiş faciə ilə bağlı başsağlığı verib"  başlıqlı məqalə dərc olunub.

İcra başçısının bu addımı sosial şəbəkələrdə tənqid olunub. Onun Türkiyədəki zəlzələ ilə bağlı Axısqa türklərinə başsağlığı verməsi təəccüblə qarşılanıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Rəcəb Babaşov qurumun əməkdaşlarına bu barədə xüsusi tələb edib. Daha sonra R.Babaşov əməkdaşları ilə birlikdə Orta Salahlıya  Axısqa türkərin başsağlığı verməyə gedib. 

Saytımıza danışan mənbənin bildirdiyinə görə,bunun doğru olmadığını demək istəyən gənc əməkdaşlara yaşlı kadrlar "Siz Rəcəb müəllimdən yaxşımı biləcəksiz" deyib. R.Babaşovun tələbini yerinə yetiməyənlər işini itirməkdən də qorxur.  

Məsələ ilə bağlı qrşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da cavab verən olmayıb. 

Əlavə olaraq qeyd edək ki, Orta Salahlıda yaşayan Axısqa türklərinin hamısı Özbəkistandan köçüblər. 

Qeyd edək ki, Qazaxda yaşayan axısqa türklərinin etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olub. 1944-ci ildə onlar Stalin repressiyasının qurbanı olaraq kütləvi şəkildə öz doğma yerlərindən deportasiya ediliblər. Azərbaycandakı axısqa türklərinin də ana vətənləri məhz Məhsəti bölgəsidir.

Ayxan

Loading...

Oxşar Xəbərlər