DÜNYA 20 XƏBƏR

Çobanlıq edən Əminəni polislər görün hansı vəziyyətdə tapdı

İzmir şəhərində dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, çoban olduğunu bildirilən Əminə Mətin günorta saatlarında sürünü otarmaq üçün dağlıq əraziyə gedib. Bir müddət sonra Ə.Mətindən xəbər ala bilməyən yaxınları vəziyyətdən şübhələniblər.

Əminə Mətini axtarmaq üçün dağlıq ərazidə axtarış aparan qohumları onu qarnından güllə yarası almış və hərəkətsiz vəziyyətdə tapıb. Əraziyə təcili yardım çağırılsa da müayinə zamanı onun öldüyü müəyyən edilib.

Hadisə ilə bağlı istintaq başladılıb. Qadının cansız bədəni müayinədən sonra İzmir Ədli Tibb Təşkilatının morquna aparılıb.

Ayxan

Loading...

Oxşar Xəbərlər