DÜNYA 20 XƏBƏR

İki podratçı tikdikləri binanın dağıntıları altında qaldı

Xəbər verdiyimiz kimi, Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan zəlzələlərdən sonra istintaq başladılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Diyarbəkirdə dağılan binalarla bağlı aparılan araşdırmalar zamanı iki podratçının dağıntılar altında qaldığı ortaya çıxıb.

Belə ki, barəsində həbs qərarı çıxarılan podratçıların dağıntılar altında qalaraq dünyasını dəyişdiyi müəyyən edilib. Onlar "Sözel Mənzili"nin podratçısı Cəlal İ. və "Dündar Mənzili"nin podratçısı Halil İ. adlı şəxslərdir.

Qeyd edək ki, istintaq çərçivəsində 67 nəfər saxlanılıb. Onlardan 15-i həbs edilib, digərləri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər