DÜNYA 20 XƏBƏR

Qonşular təsadüfən tapdılar - Dağıntılar altından xilas edilən ana körpəsinə qovuşdu

Qəhrəmanmaraşda baş verən zəlzələlərin ən çox dağıntılara səbəb olduğu şəhərlərdən biri olan Hataydan üzücü xəbərlərlə yanaşı, ümidverici xəbərlər də yayılır.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Antakya bölgəsində zəlzələ nəticəsində çökən mənzilin 5-ci mərtəbəsində yaşayan ana Nilay və ata Cengiz Fansa 3 uşağı ilə birlikdə dağıntılar altında qalıb.

Ana 13, bir qızı və ata 33 saatdan sonra dağıntılar altından xilas edilib. Lakin onların övladlarından biri Aylinin cansız cəsədi tapılıb. Övlad itkisinin kədərini yaşayan ailə 6 aylıq körpələri Bircəni tapmağa çalışıblar. 

Onun da dağıntılar altında həyatını itirdiyini düşünən ailə 9-cu gün qonşularının verdiyi xəbərə sevinib. Onlar təsadüfən körpəni tapıblar. 

Belə ki, qonşular çökən bina ətrafında pişik səsi eşitdiklərini, pişiyə kömək üçün getdikdə beşiklə bərabər yıxılan Bircəni tapdıqlarını bildiriblər. Tapılan körpə tez zamanda xəstəxanaya çatdırılıb. 

Dərhal səlahiyyətli şəxslərlə əlaqə saxlayan ailə övladlarının Adanada xəstəxanaların birində müalicə aldığını öyrəniblər.  Fansa ailəsi qeyd edib ki, övladlarının vəziyyəti yaxşıdır. 

Ayxan 

 

Loading...

Oxşar Xəbərlər