DÜNYA 20 XƏBƏR

Türkiyədəki zəlzələdə 23 jurnalist həlak olub - SİYAHI

"Əsrin fəlakəti" olaraq xarakterizə edilən Episentri Qəhrəmanmaraş olan zəlzələlərdən təsirlənən vilayətlərdə dünyasını dəyişən jurnalsitlərin yeni sayı açıqlanıb.

32gun.az bildirir ki, bu barədə  Türkiyə Jurnalistlər Federasiyasından (TGF) məlumat yayıb. Məlumata görə,  23 nəfər müxbir və sektor işçisi və bu şəxslərin 17 yaxını həyatını itirib. 

TGF-dan verilən məlumata görə, sədr Yılmaz Karaca, sədr müavini Cafer Esendemir və sədr müavini Levent Altun 4 gün müddətində Hatay, Qəhrəmanmaraş, Adıyaman, Adana, Osmaniye və Şanlıurfaya səfər edib. 

TGF-nin açıqlamasında zəlzələdə həyatını itirən jurnalistlərin adları belədir:

"Ruhi Akan (Adıyaman), Muhammet Akan (Adıyaman), Burak Alkuş (Adıyaman), Hidayet Özdemir (Adıyaman), Kamal Öner (Adıyaman), Yunus Emre Doğan (Adıyaman), İskəndər Qorqud (Adıyaman), Zübeyir Pektaş (Adıyaman), İzzet Nazlı (Hatay), Ayşe Figen Arlı (Hatay), Erhan Yılmaz (Hatay), Burak Milli (Hatay), Gökhan Aklan (Hatay) H. Seid Okay (Antakya), Mehmet Tekin (Antakya), Berkay Akay (Antakya), Neşet Aklan (İskenderun), Mustafa Yüzbaşıoğlu (Kahramanmaraş), Aziz Çevlik (Kahramanmaraş), Fatih Nalbantbaşı (Kahramanmaraş) və Meltem Özgen (Adana)". 

Açıqlamada zəlzələdə həlak olan jurnalistlərin yaxınları ilə bağlı da aşağıdakı məlumatlar yer alıb:

“İzzət Nazlının həyat yoldaşı və 2 uşağı, Meltem Özgenin 1 uşağı, Ali Şahinin oğlu, gəlini və nəvəsi, Sermet Çuhadarın anası, qayınanası və qayınanasının anası, Burak Millinin həyat yoldaşı və 1 uşağı Ergün Gözet'in həyat yoldaşı, qızı, kürəkəni və 2 nəvəsi var."

Digər tərəfdən, Adıyamanda baş verən zəlzələdə media sektorundan İsmayıl Hakkı Koçak və Fatih Bayın həyatını itirib.

Ayxan

 

 

Loading...

Oxşar Xəbərlər