İDMAN 20 XƏBƏR

"Zəlzələ qurbanlarına yardım kampaniyasını beynəlxalq layihəyə çevirəcəyəm" - Sneyder

"Qalatasaray"ın keçmiş ulduzu Uesli Sneyder Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım layihəsinə başlayıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Sneyder Türkiyədə baş verən zəlzələ hadisəsini eşidəndən sonra çox üzüldüyünü bildirib.

Keçmiş "cim-bom"lu“İstanbuldakı dostlarından zəlzələ zonası üçün nə etməli olduğumuzu soruşduğunu qeyd edib. 

Türkiyənin ikinci vətəni olduğunu deyən ulduz, "Məni necə qarşıladıqlarını, yola saldıqlarını unuda bilmirəm. Türk xalqının qonaqpərvərliyi çox fərqlidir" deyib. 

Zəlzələ fəlakətindən sonra hərəkətə keçdiyini ifadə edən Sneyder, zəlzələ qurbanlarına kömək etmək üçün Türkiyə və Suriya bayraqlı qol sarğı layihəsini reallaşdırdığını açıqlayıb. 

"Niderland Liqasındakı 18 komandanın kapitanlarını keçən həftə sonu oynanılan liqa matçlarında taxmaq üçün qollarına sarğı göndərdim. Kapitanlar bu sarğıları taxıb matçlara çıxdılar

Matçın sonunda həm qol sarğıları, həm də formalar imzalanaraq hərracda satışa çıxarılmaq üçün bizə geri göndərildi. Zəlzələdən zərər çəkənlərə maddi dəstək vermək üçün onları satacağıq. Əldə etdiyimiz bütün gəlirlər zəlzələdən zərər çəkənlərə köçürüləcək.

Həftə sonu İtaliyaya gedəcəyəm, klublar və futbolçu dostlarımla görüşəcəyəm. Zəlzələ qurbanlarına kömək etmək üçün onlardan imzalı formalarını istəyəcəyəm. Niderlandda başladığımız layihəni beynəlxalq yardım kampaniyasına çevirəcəyəm". 

Ayxan

 

Loading...

Oxşar Xəbərlər