DİGƏR

Polis İdarəsində BİABIRÇILIQ! Rəisin arvadı ərinin “məşuqə”sinə çəkiclə hücum çəkdi (FOTO)

Rusiyada qəribə hadisə olub.

Kurqan vilayətinin Kurtamışski polis idarəsinin rəisi Sergey Sedinkinin arvadı ərinin sevgilisi olduğunu düşündüyü qadına  çəkiclə hücum edib. 

32gun.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki,  rəisin həyat yoldaşı da, sevgilisi olduğu deyilən qadın da polisdir. 

Xəbərdə bildirilir ki, analıq məzuniyyətində olan, 33 yaşlı Svetlana Nastenkova kadrlar şöbəsinə çəkiclə gələrək 30 yaşlı kapitan İrina Dobrydinə hücum edib. O, ərinin xəyanət etdiyinə əmin olduğunu dilə gətirib.  

Svetlana Nastenkova “Səni öldürürəm!” qışqıraraq ərinin “sevgilisinin” başına bir neçə zərbə vurub. Digər polis əməkdaşı olayın böyüməsinin qarşısını almağa çalışıb. İrinanın polis idarəsində çalışan bacısı da hadisəyə müdaxilə etmək üçün Svetlananın başından əşya ilə vurub. 

Svetlananın iddia edib ki,  "Möhtəşəm sarışın" kimi tanınan kapitan İrina Dobrydina onun şöbədə müvəqqəti olmamasından istifadə edib,  rəisin məşuqəsi olub. Bu barədə ona xəbər çatdırıldığını bildirib. 

İnsident ilə bağlı İstintaq Komitəsinin əməkdaşları araşdırma aparır.

Maraqlıdır ki, Sergeyin xəyanətinə dair heç bir sübut yoxdur.

Nilufər 

Loading...

Oxşar Xəbərlər