İDMAN

Ailəsi ilə bayram keçirməyə gedən boksçu avtomobilində güllələndi - Ölkə polisi çağırış etdi: "Qatilin tapmağa kömək edənə pul mükafatı veriləcək"(FOTO)

Milad bayramında ABŞ-da dəhşətli hadisə baş verib. 

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı boksçu Denni Kelli maşınında güllələnib.

Məlumata görə, Denni sevgilisi və üç uşağı ilə birlikdə bayram şənliyinə yol düşüb. Qəfil başqa bir avtomobil onların avtomobilinin yanında saxlayıbb və boksçuya bir neçə dəfə atəş açıblar.

Hadisə yerinə dərhal həkimlər çağırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.  Öldürülən boksçunun sevgilisi və uşaqları xəsarət almayıb.

Sonuncu dəfə 2019-cu ildə rinqə çıxan Kelli peşəkar rinqdə 10 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə olmaqla  14 döyüş keçirib. 

ABŞ poliis hadisə ilə bağlı əhaliyə çağrış edib.  Çağırışda bildirilir ki, hadisənin ba verdiyi "Müqəddəs Barnabas Yolu"  avtomobillərin sıx hərəkətdə olduğu yoldur:

"Əgər Milad ərəfəsində başqa sürücülər orada nəsə görüblərsə və ya kömək edə biləcək məlumatları varsa bizə zəng etsinlər. Adları anonim qala bilər".

Polis atışma ilə bağlı həbs və ittiham aktına səbəb olacaq məlumat üçün 25.000 dollar mükafat təklif edir. 

Nilufər

Boxer Danny Kelly Jr. Killed in Front of Girlfriend and Children on  Christmas Eve

 Danny Kelly misses a punch against Adam Kownacki during their Heavyweight bout at Barclays Center Jan. 16, 2016, in Brooklyn. 

Loading...

Oxşar Xəbərlər