SOSIAL

Elmira Axundova vəzifəsindən geri çağırıldı - Yerinə görün kim təyin olundu

Prezident İlham Əliyev Seymur Qurban oğlu Mərdəliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

32gun.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezidentin digər Sərəncamı ilə Seymur Mərdəliyev Elmira Axundovanın yerinə, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

32gun.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Loading...

Oxşar Xəbərlər