SOSIAL

Ali Məhkəmədə Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 22-də ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Ciakomopoulos və Siyasi Məsələlər və Xarici Münasibətlər üzrə Direktoratlığının rəhbəri Papa Miroslav Azərbaycanın Ali Məhkəməsində olublar.

Bu barədə 32gun.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, görüşdə çıxış edən Ali Məhkəmənin sədri İnam Kərimov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, son dövrlər Avropa Şurası ilə Ali Məhkəmə arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən söz açıb.

O deyib ki, məhkəmə sahəsində qanunvericilik daim təkmilləşir, Avropa standartlarına tam uyğunlaşdırılır. Bu da ədalət mühakiməsinin səmərəliliyinin artmasına mühüm töhfə verir.

X.Cakoumopoulos isə çıxışında Azərbaycanda məhkəmə-hüquq sahəsində görülən işləri yüksək dəyərləndirib, ölkəmizlə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Loading...

Oxşar Xəbərlər